ÇL: “Real”a qarşı oynamaq bəzən son dərəcə çətin olur”

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri UEFA Çempionlar Liqasının yarımfinalının “Real”la oyunu haqda (1:1) danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu rəqibin çox üstün keyfiyyətlərə sahib olduğunu deyib:

“Məncə, komanda yoldaşlarım inanılmaz çıxış etdilər. Meydançada çox güc sərf etdik. “Real”a qarşı oynamaq bəzən son dərəcə çətin olur. Onlar çox üstün keyfiyyətlərə sahibdirlər.

Matçın ilk 25-30 dəqiqəsində oyunun gedişatına nəzarət etdik. Rəqib əlinə düşən ilk fürsətdə qol vurdu. Buna baxmayaraq, çətin olsa da, mübarizəni davam etdirdik. Topu itirdikdən sonra onu yenidən qazanmaq üçün maksimum diqqət tələb olunur”.

“Mançester Siti” – “Real” cütünün cavab qarşılaşması mayın 17-də, saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button