“Ondan hələ tam razı deyiləm” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 15-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Maraqlı oyun oldu. “Qəbələ”yə uğurlar arzu edirəm. Sona kimi mübarizə apardılar.

Olavio Juninyonun performansına gəlincə, məncə, burda daha yaxşıdır. Biz Juninyo ilə 2 ildən çox idi, maraqlanırdıq. Son matçlarda yaxşı çıxış edir. Amma mən hələ tam razı deyiləm. Öz üzərində daha çox işləməlidir. Kollektivə uyğunlaşır.

Komandada arxayınlaşma müşahidə olunur? Bəli, bu oyunda arxayınlaşma hiss olunurdu. Ən narahat olduğum məqamlardan biri də budur. Çox sıx qrafiklə oyunlara çıxırıq. Bunun da təsiri ola bilər”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button