Öncə Qurbanov, sonra Hili

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Linfild” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Komanda.az xəbər verir ki, avqustun 28-də “Azərsun Arena”nın mətbuat zalında Ağdam klubunun baş məşqçi Qurban Qurbanov saat 17:45-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:00-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Linfild”in baş məşqçisi David Hili isə saat 18:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Şimali İrlandiya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button