“Omoniya” – “Qarabağ” matçının biletləri satışa çıxarılır

Avropa Konfrans Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Kiprdə “Omoniya” və “Qarabağ” komandaları arasında keçiriləcək oyunun biletləri sentyabrın 24-dən satışda olacaq.

Komanda.az xəbər verir ki, bu barədə Nikosiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qiymətlər sektorlara uyğun olaraq 5-125 avro arasında dəyişir. Uşaqlar üçün ən ucuz biletin qiyməti 5 avro, yeniyetmələr üçün 10 avro, böyüklər üçün isə 20 avrodur.

Sentyabrın 30-da keçiriləcək “Omoniya” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button