
“Olmo əsl dahidir”
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatının yarımfinalında Fransa yığması üzərində qazanılan 2:0 hesablı qələbədən sonra yarımmüdafiəçi Dani Olmonun çıxışını yüksək qiymətləndirib.
Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Olmonun komanda üçün əvəzolunmaz futbolçu olduğunu bildirib:
“Dani Olmo öz mövqeyində fantastik oyunçudur, əsl dahidir. O, universaldır və istənilən mövqedə oynaya bilər. Yanında Rodri kimi güclü futbolçular olanda daha da yaxşı çıxış edir. Bu gün hər şeyi möhtəşəm etdi. Ola bilsin ki, o, tez-tez qəzetlərin manşetinə düşən futbolçu deyil, amma onun futbol zəkası tamamilə fərqlidir. Zaman göstərdi ki, ona güvənməkdə haqlı olmuşuq”.
DÇ-2026-nın digər yarımfinal matçında bu gün İngiltərə və Argentina yığmaları üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.
Bizi Facebook-da izləyin



