“Ölkəmizin mövqeyi bəllidir, Azərbaycanı dəstəkləyirik” – Visente Qomes

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Oyun bərabər səviyyədə keçdi. Sadəcə, əks-hücumlar oyunun taleyini həll etdi. Biz yararlana bilmədik, rəqib yaxşı istifadə etdi və qələbə qazandı.
  • “Sabah” 5 oyuna da fərqli heyətlə çıxıb. Bu, nə ilə bağlıdır?
  • Həftə ərzində baş tutan məşqlərin gedişinə baxıram. Fərqli heyətə səbəb zədəlilərin olmasıdır.
  • Cəbhədə baş verənlərlə bağlı mövqeyiniz nədir?
  • Əlbəttə ki, biz idman adamıyıq, bizim və ölkəmizin mövqeyi bəllidir, Azərbaycanı dəstəkləyirik. Müharibə hər zaman can itkisinə səbəb olur.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button