Ölkə çempionatında 12-ci turun oyun cədvəli açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar fevralın 6-da keçiriləcək.

Komanda.az xəbər verir ki, ölkə çempionatında 12-ci turun qarşılaşmaları Bakı və Gəncə şəhərlərində baş tutacaq.

Ev oyunlarını Gəncə OİK-də keçirən “Gəncə” klubunun bu dəfəki qonağı “Azərreyl” olacaq. Oyun saat 16:00-da başlayacaq.

Həmin gün Bakıda ilk matç GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq. Saat 16:00-da start götürəcək oyunda “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcəklər.

Növbəti qarşılaşma isə saat 18:00-da UNEC-in idman zalında “Abşeron” və UNEC komandaları arasında olacaq.

16:00 “Gəncə” – “AZERRAIL” (GƏNCƏ OİK)
16:00 “Murov Az Terminal” – “Milli Aviasiya Akademiyası” (GİN-nin Voleybol Mərkəzi)
18:00 “Abşeron” – UNEC (UNEC VK-nın İdman zalı)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button