“Olimpiya çempionu olmaq üçün əlimdən gələn hər şeyi etmişdim” – Hacı Əliyev

Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan güləşçisi Hacı Əliyev açıqlama verib.

Komanda.az xəbər verir ki, Əliyev, bunları deyib:

“Mənə elə gəlir ki, final görüşü üçün taktikanı düzgün qurmuşdum. Rəqib fiziki cəhətdən çox zəif idi. Bunu güləşəndə hiss edirdim. Görüş başlayandan 5-6 dəfə ayağımdan fənd etməyə çalışırdı. Sona az qalmış bunu etdi. Həmin anda elə görüntü yarandı ki, mənə də 2 xal verilməliydi. Ancaq ədalətsizlik edə bilmərəm. Hakimlər həmin epizodda doğru qərar verdi. Ancaq rəqib mübarizədən aşkar yayınırdı. Kəllə və cırmaq atırdı. Görüşü saxlayıb guya zədələndiyini bildirirdi…

Olimpiya çempionu olmaq üçün əlimdən gələn hər şeyi etmişdim. Çox əziyyət çəkmişdim. Qismət belə imiş. Ancaq şükür Allaha ki, medalsız qalmadım. Bu, bəlkə də, mənim sonuncu olimpiadam idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button