“Olimpiakos” – “Qarabağ” matçından əvvəl sükut

“Olimpiakos”la “Qarabağ” arasında Yunanıstanda keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 3-cü tur oyunu bir dəqiqəlik sükutla başlayacaq.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

UEFA-nın qərarına əsasən, oyunda “Arema” və “Persebaya” komandaları arasında İndoneziya çempionatının 11-ci tur matçından sonra dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Bu qərar həmçinin Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və qadınlar arasında dünya çempionatının pley-off oyunlarına da şamil ediləcək.

Oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button