“Qarabağ”ın rəqibi müdafiəçisi ilə yollarını ayırdı

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u futbolçusu Kostas Manolasla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano şəxsi “tvitter” hesabında paylaşım edib.

31 yaşlı yunanıstanlı müdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şarca” klubunda davam etdirəcək.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti matçını bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button