“O, transferi üçün ən çox çalışdığımız futbolçu oldu” – Monçi

İspaniyanın “Sevilya” klubunun idman direktoru Ramon Monçi transferlərlə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, yeni transfer Oliver Torreslə bağlı danışan klub rəsmisi, bunları deyib:

“Torres üçün 1-1,5 aydır çalışırıq. O, transferi üçün ən çox çalışdığımız futbolçu oldu. Bu keçidi həll etməyə çalışarkən araya girənlər və bir anda ortaya çıxanlar oldu, amma nəhayət, transferi bitirə bildik.

Kluba gələn və gedən futbolçular əvvəldən planlaşdırdığımız kimidir. Transferlərə davam edə bilərik, amma bəzən planlar sadəcə bizə bağlı deyil. Bəzi məsələlər bizim düşündüyümüzdən daha fərqli bir halda ola bilər, amma bu, bizi dayandırmayacaq. Çünki gələn futbolçular olduğu kimi, gedənlər də var. Mənim üçün vacib olan gedənlər deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button