“O, “Tottenhem”dəki karyerasını bitirmək istəyir”

İngiltərənin “Tottenhem” klubunun keçmiş baş məşqçisi Harri Rednapp Kristian Eriksenlə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu ilə müqaviləsi cari mövsümün sonunda bitəcək Eriksenlə bağlı danışan 72 yaşlı mütəxəssis, bunları deyib:

“Düşünmürəm ki, Eriksen klubla yeni müqavilə imzalayacaq. O, “Tottenhem”dəki karyerasını bitirmək istəyir və yayda azad agent olmaq niyyətindədir. O, burda qalmaq istəmir, artıq ayrılmaq qərarına gəlib. Buna görə də, artıq onun əvəzləyicisini tapmaq lazımdır. O, fantastik futbolçudur, amma qəbul etmək lazımdır ki, son vaxtlar pis formadadır.

Məncə, yanvar ayını gözləməli və Erikseni satmağa çalışmalıyıq. Amma düşünürəm ki, o, azad agent statusu üçün yanvarda ayrılmağa razı olmayacaq. Eriksen istədiyi klub getmək üçün yenidən yaxşı oynamağa başlamalıdır”.

2013-cü ildən “Tottenhem”in şərəfini qoruyan Eriksen, “Real”, “Mançester Yunayted” kimi klubların transfer hədəfindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button