“O, “Real”da vaxtını boşa xərcləyir”

“Real”ın keçmiş prezidenti Ramon Kalderon komandadakı vəziyyəti qeyri-müəyyən olan futbolçu Qaret Beyllə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun keçmiş rəhbəri, uelsli futbolçunun hazırkı vəziyyətindən narahatlığını dilə gətirib:

“Beyl kimi bir futbolçunu ehtiyatda görmək çox təəssüfləndirir. Onun bacarığı və istedadı itməyib, o, hələ də istənilən klubda yüksək səviyyədə oynaya biləcək futbolçudur. Hər iki tərəf bu vəziyyəti bitirmək üçün həll yolu tapmalıdır. Məvacibini azaltmaq istəmirsə, fərqli bir qərar verilməlidir. Beylin müqaviləsinin sonuna iki il var. O, “Real”da vaxtını boşa xərcləyir. Bu, məni məyus edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button