“Dibala dünya səviyyəli bir futbolçudur”

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Atletiko”ya 1:0 hesabıyla qalib gələn “Yuventus”un baş məşqçisi Mauritsio Sarri oyundan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, yeganə qolun müəllifi olan Paulo Diabla ilə bağlı da danışıb:

“Bu oyunda çox enerji itirdik. Məncə, bizim üçün hər şey yaxşı nəticələndi, amma qələbə qazanmaq üçün çox mübarizə apardıq.

Kriştiano Ronaldonun ayağındakı ağrılarla bağlı danışmamışam, amma vəziyyəti yaxşı görünür. Oyunun sonunda çox mübarizə apardı və komandaya böyük fayda verdi.

Dibala isə dünya səviyyəli bir futbolçudur və hazırda mükəmməl formadadır. O, komandada böyük fərq yaratmağı bacarır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button