Kapello da bəyənir – Gürcünü

“Real”ın sabiq baş məşqçisi Fabio Kapello İtaliya A Seriyasının 31-ci turunun “Yuventus” – “Napoli” (0:1) matçına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, gürcü futbolçu Xviça Kvaratsxeliyadan söz açıb:

“Napoli” artıq İtaliya çempionatını qazanıb.

Kvaratsxeliyanın oyununda geriləmə var? O, güclü futbolçudur”.

Neapollular hazırda İtaliya çempionatının turnir cədvəlində 78 xalla birinci yerdədir. “Qoca sinyora” isə 59 xalla üçüncü pillədə qərarlaşıb. İkinci pillədə yer alan “Latsio” (61 xal) növbəti turda uduzsa və ya “sülh”ə imza atsa, neapollular çempionluğu rəsmiləşdirə bilərlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button