“O, baş məşqçisini milyonlarla insanın gözü qarşısında axmaq yerinə qoydu”

“Nyukasl”ın sabiq hücumçusu Alan Şirer, İngiltərə Liqa kubokunun final matçı çərçivəsində keçirilən “Çelsi” – “Mançester Yunayted” görüşündə “zadəganlar”ın baş məşqçisi Mauritsio Sarri və qapıçı Kepa Arrisabalaqa arasında yaşanan mübahisəyə münasibətini bildirib.

Komanda.az xəbər verir ki, “The Sun” nəşrinə danışan İngiltərə millisinin keçmiş üzvü, Kepanın Sarriyə hörmətsizlik etdiyini deyib:

“Sarrinin Arrisabalaqanı Villi Kabalyero ilə əvəzləmək istəməsi yaxşı ideya idi. Kabalyero uzun müddət “Mançester Siti”də forma geyinib və futbolçuları yaxından tanıyır. Ancaq Kepanın meydanı təkr etməməsi, Sarriyə böyük hörmətsizlikdir. O, baş məşqçisini milyonlarla insanın gözü qarşısında axmaq yerinə qoydu.”

“Çelsi” – “Mançester Siti” matçında “zadəganlar”ın baş məşqçisi Mauritsio Sarri oyuna əlavə olunmuş vaxtda zədələnən Arrisabalaqanı əvəzləmək istəsə də, qolkiper oyunu davam etdirmək istəyib. Onun bu hərəkəti Sarrini texniki zonada özündən çıxarıb.

“Mançester Siti” “Çelsi”ni penaltilər seriyasında məğlub edərək, kubokun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button