“Nyukasl”ın futbolçusu: “Azərbaycan üzərində vacib qələbə qazandıq”

İsveç yığmasının futbolçusu Aleksandr İsak Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunun matçı haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Nyukasl”ın hücumçusu Azərbaycan yığması üzərində vacib qələbə qazandıqlarını dilə gətirib:

“Azərbaycan millisi üzərində qələbə gözlənilən idi. Belçikaya məğlubiyyətdən (0:3) sonra komandanın özünə inamını qaytarması baxımından Azərbaycan üzərində vacib qələbə qazandıq.

Qol vurmaq üçün bir neçə şansım oldu. Fikrimcə, daha yaxşısını edə bilərdim. İstənilən halda, hamımız klubumuza yüksək əhval-ruhiyyədə qoşulduq. Qarşıdakı oyunlarda bunun təsirini hiss edəcəyik”.

Aleksandr İsak Azərbaycan yığması ilə qarşılaşmada 70 dəqiqə meydanda olsa da, fərqlənə bilməyib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button