
Fransalı futbolçu “Nyukasl”a keçdi – Rəsmi
“Nyukasl” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az klubun rəsmi açıqlamasına istinadən xəbər verir ki, “Monako”nun yarımmüdafiəçisi Alaji Bamba ilə müddəti 5 il olan müqavilə imzalanıb.
Transferin maliyyə detalları açıqlanmasa da, xarici KİV-in məlumatına görə, “Nyukasl” bu keçid üçün 35,5 milyon avro ödəyəcək. Müqaviləyə əsasən, bonuslar şəklində daha 6 milyon avro ödənilə bilər. Bundan əlavə, “Monako” fransalı futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 15 faizini alacaq.
20 yaşlı yarımmüdafiəçi “Monako”nun əsas komandasında bütün turnirlər daxil olmaqla 25 oyunda meydana çıxıb. Bu, onun peşəkar səviyyədə keçirdiyi yeganə rəsmi matçlardır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



