Nurlan Novruzovdan Estoniya çempionatında uğursuz debüt

Futbol üzrə Estoniya çempionatında yeni mövsümə start verilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Trans Narva” da yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Nomme Kalyu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Nurlan da bu görüşün iştirakçısı olub. O, Estoniya çempionatındakı debüt matçında start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button