Nurlan Novruzov üçün 78 dəqiqə və 3 xal

Futbol üzrə Moldova çempionatında 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Milsami” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Nurlan da bu oyunun iştirakçısı olub. Azərbaycanlı futbolçu start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Dinamo-Avto” 20 oyuna topladığı 25 xalla 8 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button