Nuriyevli “Kolos”dan qələbə

Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Ukraynanın “Kolos” komandasında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, onun komandası Ukrayna Premyer Liqasının 2-ci turu çərçivəsində “Metallist”lə qarşılaşıb.

“Kolos” doğma meydanda baş tutan bu görüşdən qələbə ilə ayrılıb – 1:0. Oyuna start heyətdə başlayan Nuriyev, 64-cü dəqiqədə əvəzlənib.

“Kolos” 2 turdan sonra 4 xalla 2-ci pillədə qərarlaşıb.