Nuriyevlə Əhmədzadənin komandası evdə məğlub oldu

Futbol üzrə Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “İnqulets”lə qarşılaşıb. “Minay” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Anatoli start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Rüstəm isə 68-ci dəqiqədə mübarizəyə qoşulub.

“Minay” 18 turdan sonra 13 xalla 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button