
Noyer: “Münhendə bizi çox çətin tapşırıq gözləyir”
“Bayern”in qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real” üzərində qazanılan qələbədən (2:1) sonra fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper rəqibin hücum gücünü əvvəlcədən nəzərə aldıqlarını bildirib:
“Biz “Real”ın hücumda nə qədər təhlükəli olduğunu bilirdik. Onlar çoxlu qol vəziyyətləri yaratdılar. Bəli, bu qələbədən məmnunuq, amma eyni zamanda, anlayırıq ki, gələn həftə Münhendə keçiriləcək cavab oyununda bizi çox çətin tapşırıq gözləyir”.
Komandalar arasında cavab qarşılaşması aprelin 15-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



