Novruzovun komandası “Zimbru”ya divan tutdu

Futbol üzrə Moldova çempionatında 25-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Zimbru” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.

Nurlan da bu oyunun iştirakçısı olub. Azərbaycanlı futbolçu 83-cü dəqiqədə meydana buraxılıb.

“Dinamo-Avto” 25 oyuna topladığı 34 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.