Novruzovun komandası yenə məğlub oldu

Litva çempionatında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Panevejis”lə qarşılaşıb. Üç qolun qeydə alındığı oyun “Yonava”nın məğlubiyyəti ilə başa çatıb.

Nurlan bu oyuna start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib.

“Yonava” 7 turdan sonra cəmi 1 xalla sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button