Novruzovun komandası Estoniya kubokunun finalında

Futbol üzrə Estoniya kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Tallina Kalev”lə qarşılaşıb. 4:1 hesabıyla qalib gələn “Narva Trans” finala yüksəlib.

Novruzov bu oyunun iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.

Digər yarımfinal matçında “Flora” səfərdə “Elva”nı 4:2 hesabıyla üstələyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button