Novruzovun komandası doğma meydanda xal itirdi

Futbol üzrə Estoniya çemponatında 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Kuressaare” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Novruzov da bu oyunun iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 19 turdan sonra 20 xalla 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button