Novruzov üçün 89 dəqiqə və 3 xal

Futbol üzrə Estoniya çemponatında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Legion” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 14 turdan sonra 13 xalla 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button