“Növbəti mərhələdə olmağa layiqik” – Qvardiola

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Real”a 2:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qvardiola, “şəhərlilər”in növbəti mərhələyə vəsiqə qazanması barədə bunları deyib:

“Çempionlar Liqasını qazanmaq üçün burdayıq və bu, sadəcə bir addım idi. Necə komandaya qalib gəldiyimizi bilirik, onları iki dəfə məğlub etdik. Oyundan və nəticədən məmnunuq. Bu qələbə bizim üçün çox vacib idi. Bu turniri qazanmaq üçün “Real”, “Barselona” kimi komandalara qalib gəlməliyik. Növbəti mərhələdə olmağa layiqik. Rəqibin səhvlərindən istifadə edib iki qol vurduq. İkinci hissə asan keçmədi, futbolçuların hamısı böyük güc sərf etdilər. 1/4 final mərhələsindəyik və xoşbəxtik”.