“O, bizə çox kömək edir” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 17-ci turunun “Lids”lə oyununu (3:1) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, norveçli hücumçu Erlinq Haland haqda fikirlərini bildirib:

“Biz onların stadionunda aqressiv komandaya qarşı çox yaxşı oynadıq. İkinci hissədə rəqib daha açıq oynamağa başlayanda, özümüzü yaxşı tərəfdən göstərdik. Dünya çempionatından sonra nələrin olacağını heç kim bilmir. Bu gün topla əla rəftar etdik. Haland iki qol vurdu. Lakin daha çox qol vura bilərdi. O, bizə çox kömək edir”.

Hazırda “Mançester Siti” 35 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədədir. “Lids” isə 15 xalla 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button