Nikolov Rövnəq Abdullayev haqda: “O, AFFA-nın prezidenti seçiləndə, o qədər də razı deyildim”

“İnter”in (indiki “Şamaxı”) klubunun keçmiş prezidenti Georgi Nikolov AFFA rəhbərliyində baş verən dəyişikliyə münasibət bildirib.

Komanda.az xəbər verir ki, “facebook” səhifəsində paylaşım edən bolqarıstanlı futbol funksioneri Rövnəq Abdullayevin 16 illik prezidentlik dövründən yazıb:

“Peşəkar yolumun çox hissəsi bu fotoda yanımda dayanan insanla bağlıdır. O, AFFA-nın prezidenti seçiləndə, bu qərardan o qədər razı deyildim. Sonra anladım ki, öz hökmümdə yanılmışam… Rövnəq Abdullayevin adı Azərbaycanda futbolunda yaxşı inkişaf dövrü ilə bağlıdır. Onun bütün ürəkdən alqışladığım uğurlu qərarlarını sadalamayacam. Necə ki, onun idarəçiliyində olan nöqsanları, mən şiddətlə tənqid etmişdim. Heç kim mükəmməl deyil. Və bir gün estafeti öz davamçılarımıza ötürəcəyik. Əsas odur ki, iz buraxaq. Cənab Abdullayevin çatdırdıqları heyrətamizdir. Şadam ki, onu tanıdım və missiyasına bacardığım qədər kömək etdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button