Hiddink məşqçi karyerasını bitirdi

Niderlandlı mütəxəssis Qus Hiddink məşqçi karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 74 yaşlı mütəxəssis “Voetball İnternational” nəşrinə açıqlamasında deyib:

“Koronavirusa yoluxduğum üçün son vaxtlar işləyə bilmədim. Kurasao Futbol Federasiyasının prezidenti ilə danışdım və mənim bir müddət qalmağımı istədi. Karyeramı bitirmək qərarını vermişəm. Yenidən məşqçiliyə qayıdacam? Xeyr”.

Hiddink 2020-ci ilin sentyabrından Kurasao yığmasını çalışdırırdı. Niderlandlı mütəxəssis daha əvvəl “Real”, “Çelsi”, “Fənərbaxça”, “Valensiya” kimi klublarda və Rusiya, Türkiyə, Niderland, Avstraliya kimi yığma komandalarda baş məşqçi işləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button