“Ayaks”ın futbolçusu Ronaldonun rekordunu təkrarladı

Niderlandın “Ayaks” komandasının futbolçusu Sebastyan Haller Çempionlar Liqasının qrup mərhələsinin bütün oyunlarında qol vurub.

Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçu bununla da hazırda “Mançester Yunayted”də çıxış edən Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

Ronaldo İspaniya “Real”ında çıxış edən zaman 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin bütün oyunlarında qol vurmağı bacarmışdı.

Haller bu mövsüm ÇL-də 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button