Hökumətdən klublara 25 milyon avroluq yardım

Koronavirus pandemiyasının yaratdığı maliyyə böhranına görə Niderland Dövlət Məşğulluğu idarəsi klublara maddi yardım edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, klublara ayrılan məbləğ 25 milyon avrodur. Yardımdan ən çox faydalananlar isə “Ayaks”, PSV və “Alkmaar”dır.

Bundan əlavə, klublara futbolçuların maaşlarının ödənilməsinə görə hər futbolçu üçün 9583 avro yardım ediləcək.