AÇ-2020: “Turnirin favoritlərindən olduğumuzu düşünmürəm” – Frenki de Yonq

Niderland yığmasının futbolçusu Frenki de Yonq AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Ukraynaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, de Yonq, matçla bağlı bunları deyib:

“Amsterdamdakı oyunları səbirsizliklə gözləyirəm. Latviya ilə yoxlama oyununu çıxsaq, hardasa bir ilə yaxındır azarkeşsiz oynayırıq.

Ukrayna yığmasını təhlil etmişik. Bu komandanın bəzi futbolçularını tanıyıram və onların necə oynadıqlarını gördüm. Düşünürəm ki, keyfiyyətli heyəti olan yaxşı bir komanda ilə qarşılaşacağıq. Onlar mübarizəli futbol nümayiş etdirirlər və iddiaçılar arasındadırlar.

Oynayaraq inkişaf etməliyik. Məncə, ritmimizi tutsaq, bir şansımız olacaq. Turnirin favoritlərindən olduğumuzu düşünmürəm. Lakin hər şey qaydasında olsa, bacara bilərik. Çempion olmaq üçün bütün keyfiyyətlərə sahibik”.

Bu gün keçiriləcək Niderland – Ukrayna matçı saat 23:00-da start götürəcək.