Niderland yığmasının yeni baş məşqçisi məlum oldu

Niderland milli komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Lui van Qala tapşırılacaq. Bu barədə Niderlandın “De Telegraaf” nəşri məlumat yayıb. Xəbərdə, Niderland Futbol İttifaqının van Qalla artıq müqavilə imzaladığı bildirilib.

Daha əvvəl 2000-2001 və 2012-2014-cü illərdə Niderland yığmasını çalışdıran Lui van Qal 2019-cu ildən məşqçi fəaliyyətini dayandırmışdı.