Şıxəlizadə Avstraliyada “gümüş” qazandı

Avstraliyanın Pert şəhərində cüdo üzrə Okeaniya açıq turnirinə start verilib.

Komanda.az xəbər verir ki, beynəlxalq yarışın ilk günündə cüdoçumuz Nicat Şıxəlizadə gümüş medala sahib olub.

66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Böyük Britaniya, Avstraliya, Braziliya və Almaniya cüdoçularına qalib gələrək, finala çıxıb. Həlledici görüşdə ispaniyalı Martin Qaiteroya məğlub olan Şıxəlizadə, “Okeaniya Open” turnirində 2-ci yeri tutub.

Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparır. Ölkəmiz beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunur. Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Okeaniya açıq turnirində gümüş medal qazanan Nicat Şıxəlizadə aktivinə daha 500 xal yazdırıb.