“Mbappe bu oyunda heyətdə olacaq” – Tuxel

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Atalanta” ilə qarşılaşacaq PSJ-nin baş məşqçisi Tomas Tuxel açıqlama verib.

Komanda.az xəbər verir ki, rəqibin oyun keyfiyyətlərini dəyərləndirən 46 yaşlı mütəxəssis, futbolçusu Neymarla bağlı da danışıb:

“Atalanta” bənzərsiz oyun üslubuna sahib komandadır. Onlara qarşı oynamaq çətindir, çox qol vururlar. Möhtəşəm oyun göstərməyimiz lazım olacaq. Yüksək motivasiya ilə çıxış etməliyik.

Neymarın üzərində hər zaman böyük təzyiq var, amma o, buna alışıb və bu vəziyyəti sevir. O, vacib oyunlarda bizim üçün həlledici rol oynayır. Neymar bu cür vəziyyətlər üçün lazımi təcrübəyə və keyfiyyətə sahibdir”.

Tuxel, komandanın zədəli futbolçuları Marko Verratti və Kilian Mbappenin vəziyyəti barədə də məlumat verib:

“Verratti ilə bağlı səbrli olmalıyıq. O, keçən həftə məşq etməyib, bazar ertəsindən başlayıb. Mbappe isə komanda ilə birlikdə məşq etdi və bu oyunda heyətdə olacaq”.

“Atalanta” – PSJ oyunu bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button