Neymar “Barselona”ya qayıtmaq üçün klub rəhbərliyinə müraciət edib

“Əl-Hilal”ın hücumçusu Neymar klubdan onu “Barselona”ya icarəyə vermələrini istəyib.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 32 yaşlı braziliyalı forvard zədəsini sağaltdıqdan sonra keçmiş komandasına qayıtmaq istəyir.

Neymar 2013-17-ci illərdə Kataloniya klubunda çıxış edib. Tərəflər hələlik mümkün müqavilə ilə bağlı danışıqlara başlamayıb.

Braziliyalı futbolçu ötən yay PSJ-dən Səudiyyə Ərəbistanı klubuna keçmişdi. O, bu mövsüm “Əl-Hilal”ın heyətində 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Neymar oktyabrın 18-də, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) ciddi zədə alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button