Neymardan Zidan paylaşımı FOTO

“Real”ın transfer gündəmində olan PSJ-nin futbolçusu Neymar “instagram” hesabından maraqlı paylaşım edib.

Komanda.az xəbər verir ki, braziliyalı hücumçu “Real”ın baş məşqçisi Zinəddin Zidanla olan şəklini paylaşıb.

İspaniya və Braziliya mətbuatına görə, Neymarın bu paylaşımı “Real”a transfer olacağı iddiasını gücləndirir.

“Real”ın Neymar üçün PSJ-yə 120 milyon avro və Luka Modriçi təklif etdiyi iddia olunur.