Neymar “Yuventus”la oyunu buraxacaq

PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun “Yuventus”la oyununda olmayacaq.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu ÇL-in qrup mərhələsinin “Makkabi” (Hayfa) ilə oyununun 26-cı dəqiqəsində (7:2) sarı vərəqə alıb. Bu, Neymarın Çempionlar Liqasının qrup mərhələsinin startından bəri üçüncü xəbərdarlığı olub. Belə ki, hücumçu sarı vərəqə səbəbindən turnirin növbəti oyununda meydana çıxmayacaq.

Beş oyundan sonra PSJ 11 xalla H qrupunda lider, “Benfika” isə 11 xalla ikincidir. “Makkabi” 3 xalla üçüncü, “Yuventus” (3) sonuncudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button