“Neymar məsələsi məni güldürdü” – Umtiti

İspaniyanın “Barselona” klubunun futbolçusu Samuel Umtiti gələcək karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, yay transfer pəncərəsi dövründə adı müxtəlif klublarla yanaşı çəkilən fransalı müdafiəçi, Kataloniya klubundan ayrılmaq istəmədəyini deyib:

“Düzü, “Arsenal”a keçəcəyimlə bağlı söz-söhbətlərin hardan qaynaqlandığını bilmirəm. Bu barədə dostlarımdan öyrənmişdim. Heç bir şey üçün peşman deyiləm və karyeramı “Barselona”da davam etdirirəm. Hətta “Arsenal” rəsmilərinin menecerimlə danışıb-danışmadıqlarını da bilmirəm. Ona sadəcə bu söz-söhbətlərin məni maraqlandırmadığını və bu barədə danışmağa ehtiyac olmadığını dedim.

Neymar məsələsi isə məni güldürdü. Belə bir şey ola bilməz. Uşaqlıqdan bəri “Barselona”da oynamağı xəyal etmişəm və indi burdayam”.

Yay transfer pəncərəsi dövründə “Arsenal”ın hədəfində olduğu deyilən fransalı futbolçunun Neymarın transferinin qarşılığında PSJ-yə keçəcəyi də bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button