“Bütün braziliyalılar Neymarın PSJ-dəki oyunundan razıdır”

Braziliyalı keçmiş futbolçu Ronaldinyo PSJ-də çıxış edən həmyerlisi Neymarı dəstəkləyib.

Komanda.az xəbər verir ki, Ronaldinyo, Fransanın “RMC Sport” kanalına verdiyi müsahibədə, Neymarın PSJ-də uğurlu olduğunu söyləyib:

“Neymarın etdiyi hər şeydən razıyam. O, dünyanın ən yaxşı oyunçularından biridir. Hər il Parisdə nəsə qazanır. Braziliyada isə o, bizim əsas oyunçumuz, liderimizdir. Bütün braziliyalılar onun PSJ-dəki oyunundan razıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button