
İtaliyalı hücumçu “Ayaks”da – Rəsmi
“Ayaks” “Yuventus”un hücumçusu Dieqo Punyonun transferini rəsmən açıqlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi 20 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürüb. Müqavilədə oyunçunun transfer hüququnun alınması ilə bağlı bənd də yer alıb.
“Transfermarkt”in qiymətləndirməsinə görə, Punyonun bazar dəyəri 400 min avrodur. İtaliyalı futbolçu yeni klubunda əsas komandada deyil, ehtiyat heyətdə çıxış edəcək.
“Yuventus” akademiyasının yetirməsi olan Punyo Turin klubunun əsas komandasında yeganə oyununu 1 dekabr 2024-cü ildə A Seriyasında “Leççe”yə qarşı keçirib. O, ötən mövsüm “Yuventus”un gənclər komandasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



