
Ərdoğan da ispanların qələbəsinə biganə qalmadı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2026-cı il dünya çempionatının qalibi olan İspaniya millisini təbrik edib.
Komanda.az xəbər verir ki, dövlət başçısı sosial şəbəkə hesabında paylaşdığı mesajda bunları yazıb:
“Turnirdə qalib gələn İspaniya millisini təbrik edirəm. Bütün İspaniya xalqını salamlayır və ən səmimi arzularımı çatdırıram”.
Şimali Amerikada keçirilən dünya çempionatının finalında İspaniya millisi Argentina yığmasını 1:0 hesabı ilə məğlub edib. Matçın yeganə qolunu əlavə vaxtda hücumçu Ferran Torres vurub.
Bununla da, İspaniya tarixində ikinci dəfə dünya çempionu adına yiyələnib. Komanda ilk dəfə bu uğura 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən mundialda imza atmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



