
“Bu qələbə ispanların yaddaşında uzun müddət qalacaq”
İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi İspaniya yığmasının dünya çempionatının finalında qələbəsini dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bu İspaniya millisinin futbolçularının əksəriyyəti birlikdə böyüyüb və eyni sistemdən keçiblər. Onlar Avropa çempionu oldular, indi isə dünya çempionatını qazandılar. Bu, onların yaddaşında uzun müddət qalacaq xüsusi bir andır”.
İspaniya millisi mundialın finalında Argentina yığmasını əlavə vaxtda Ferran Torresin vurduğu qolla 1:0 hesabı ilə məğlub edib və tarixində ikinci dəfə dünya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



