Neymar “Barselona” ilə razılığa gəldi

PSJ-nin futbolçusu Neymar karyerasını “Barselona”da davam etdirməyə yaxındır.

Komanda.az “sport.es” saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu Kataloniya təmsilçisi ilə razılığa gəlib. Neymarla 5 illik müqavilə imzalanacağı bildirilir.

Neymar “Barselona”da illik 24 milyon avro qazanacaq. Onun PSJ-dəki illik məvacibi isə 36,8 milyon avro idi.

Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında məhz “Barselona”dan PSJ-yə keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button