Neymar “futbol oynamağı öyrən” deyən azarkeşi yumruqladı VİDEO

Fransa kubokunun finalında “Renn”ə məğlub olan PSJ-nin futbolçusu Neymar azarkeşlə mübahisə edib.

Komanda.az xəbər verir ki, zədəsini sağaldan və yanvar ayından sonra ilk dəfə qol vuran Neymar, oyundan sonra bir azarkeşi yumruqla vurub. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

PSJ-li futbolçular mükafatlandırma mərasiminə gedərkən, bir azarkeş Neymara “futbol oynamağı öyrən” deyib. Buna qəzəblənən braziliyalı futbolçu, azarkeşi yumruqla vurub və ordan uzaqlaşıb.

“Renn” – PSJ matçının əsas vaxtı 2:2 hesabıyla bitib. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da hesab dəyişmədiyinə görə, qalib penaltilər seriyasında bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Renn” qələbə qazanaraq, ölkə kubokuna sahib çıxıb.

https://www.youtube.com/watch?v=hh94YZAVjBU
Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button