“Neftçi”nin yeni transferi: “Məqsədimiz mümkün olan hər şeyi qazanmaqdır”

“Neftçi”nin yeni transferi Xəyal Nəcəfov klubun saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, yarımmüdafəçi, “ağ-qaralar”a keçidi haqda danışıb:

“Neftçi”yə transferim mövsümün sonunda baş verdi. “Neftçi” haqda heç nə demək olmur. Böyük klubdur və burda oynamaq hamının arzusudur. Mənim üçün də sevincli oldu. “Neftçi” kimi klubda oynamaq bir şərəfdir. “Sumqayıt”da oynadım, daha böyük kluba gəlməyim məni xoşbəxt etdi. Uşaqlıqdan arzum “Neftçi”də oynamaq olub.

“Neftçi” ilə bütün titulları qazanmaq istəyirəm. Məqsədimiz mümkün olan hər şeyi qazanmaqdır. Rəqabətin olması bizim üçün də yaxşıdır. Hər şeyə hazıram. Belə böyük klubda rəqabətin olması normaldır.

“Neftçi”də özümü yaxşı tərəfdən göstərsəm, inanıram ki, yenidən milli komandaya dəvət alacam. Gözəl kollektiv var, mehribançılıq olan yerdə nəticə də olur.

Transferimdən sonra “Neftçi” azarkeşlərindən çoxlu mesajlar aldım. Hər zaman bizə dəstək olsunlar. Biz də əlimizdən gələni edəcəyik. Onlara söz veririk ki, ən yaxşısını edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button