“Neftçi”nin sabiq futbolçusu karyerasını başa vurdu

“Neftçi”nin sabiq üzvü Petr Raku karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, son olaraq “Milsami”də çıxış etmiş müdafiəçi 36 yaşında futboldan getməyə qərar verib.

Moldova millisinin sabiq üzvü 2019-cu ilin fevralından iyununa qədər “Neftçi”də çıxış edib. Heyətdə möhkəmlənə bilməyən Raku “ağ-qaralar”ın heyətində cəmi 2 oyuna çıxıb. O, “Zimbru”, “Nörçöpinq”, “Veris”, “Şerif”, “Petrolul” klublarında da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button